TƏBİB-in təşkilatçılığı ilə “Təməl Həyat Dəstəyi” mövzusunda əyani təlim keçirilib
10.09.2022 18:43
TƏBİB-in təşkilatçılığı ilə “Yeni klinika” tibb müəssisəsində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları üçün “Təməl Həyat Dəstəyi” mövzusunda əyani təlim keçirilib.
 
Aztibb.az xəbər verir ki, kursun tədrisi Amerikanın Kardioloji Assosasiyasının BLS təliminə, ilkin yardım zamanı tətbiq olunan İLCOR təlimatlarına və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsasən keçirilir.
 
Kurs iştirakçılarına standartlara uyğun ürək-ağciyər canlandırılması (CPR), avtomatik eksternal defibrilyatorun (AED) protokollara uyğun formada istifadəsi, huşu, tənəffüsü, nəbzi olmayan xəstə/yaralıya təməl həyat dəstəyi addımlarını protokollara uyğun tətbiq edilməsi, hava yolu tıxanması yaşayan xəstə/yaralıya uyğun texnikaların istifadəsi öyrədilir.
 
Təlimlər TƏBİB-in Təlim və karyera planlaması şöbəsinin baş mütəxəssisi, təlimçi Nahidə Mahmudova və TƏBİB-in ÜST-lə əməkdaşlığında həyata keçirilmiş layihələr çərçivəsində “Təməl Həyat Dəstəyi üzrə ToT”də müvəffəqiyyətlə iştirak etmiş, təlimçi sertifikatı əldə etmiş, həkim-kardioloq Rəna Hacıyeva tərəfindən aparılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib