Bakıda tibbin aktual sahəsi ilə bağlı beynəlxalq konfrans keçirilib
09.09.2022 22:49

Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti, Türkiyə Anestezioloji və Reanimasyon Dərnəyinin birgə təşkilatçılığı, Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə “Hilton” otelində “Türkiyə-Azərbaycan anesteziologiya və reanimasiya, ağrı workshop günləri” adlı konfrans keçirilib.

 

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.

 

Sonra İradə Səlimova və Büllur Dağçının aparıcılığı ilə konfrans öz işinə başlayıb.

 

Tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) sədri, professor İsfəndiyar İsmayılov konfransın əhəmiyyətini vurğulayıb. O, tədbirin keçirilməsinə lazımi dəstək verdiyi üçün Səhiyyə Nazirliyinə, TƏBİB-ə, o cümlədən Türkiyə Anestezioloji və Reanimasyon Dərnəyinin (TARD) rəhbəri, professor Meral Kanbaka təşəkkür edib.

 

"Türkiyədən gələn nümayəndə heyəti maraqlı məruzələrlə çıxış edəcək, diskussiyalar aparacaq, master-klaslar keçəcək", - deyə bildirən AzRAC sədri tədbirdə ən son yeniliklərdən, mühüm nailiyyətlərdən bəhs olunacağını söyləyib.

 

Sonra TARD-ın rəhbəri, professor Meral Kanbak çıxış edərək aktual məsələləri özündə əks etdirən bu cür tədbirlərin mütəmadi keçirilməsinin, təcrübə və bilik mübadiləsi aparılmasının qardaş ölkələrin mütəxəssisləri üçün əhəmiyyət kəsb etdiyini bildirib. Professor tədbirin gənc mütəxəssislərin praktik təcrübəsinin artırılması və təkmilləşdirilməsində önəmli rol oynayacağını diqqətə çatdırıb.

 

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı iki qardaş ölkə arasında iqtisadi, mədəni, təhsil, tibb və digər sahələrdə sıx əlaqələrin olduğunu və bu əlaqələrin günü-gündən daha da inkişaf etdirildiyini vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov isə çıxışında Azərbaycan və Türkiyə tibb işçilərinin birgə tədbirlər keçirməsinin artıq ənənə halını aldığını bildirib: “Anestezioloq-reanimatoloqların bu birgə konfransı təbabətin ən aktual problemlərindən birinə həsr olunub. Biz ilk konfransımızı 10 il öncə Azərbaycan Tibb Universitetində keçirmişdik. Bugünkü tədbirin mövzusu barədə demək istəyirəm ki, COVID-19 dönəmində anestozologiyanın təbabətdə nə dərəcədə vacib rol oynadığı bir daha göründü. İnkişaf etmiş Avropa ölkələrində COVID-19 dönəmində səhiyyə sistemi çökdü. Amma qardaş Türkiyədə və ölkəmizdə xəstələrin sayının kifayət qədər yüksək olmasına baxmayaraq, burada iştirak edən mütəxəssislərin də sayəsində onları intensiv terapiya şöbələrində yerləşdirə və müalicəsini apara bildik. Nəticədə minlərlə, on minlərlə insan həyatı xilas edildi”.

 

Akademik Əhliman Əmiraslanov alqologiya sahəsində yaşanan problemə də toxunaraq, ölkəmizdə bu sahəyə ehtiyacı olan insanların sayının günbəgün artdığını, lakin həmin insanların xidmətində dayanacaq kifayət qədər mütəxəssisin olmadığını bildirib. O, yaxın illərdə türkiyəli mütəxəssislərin köməyi ilə ölkəmizdə bu sahədə gənc mütəxəssislərin yetişəcəyinə ümidvar olduğunu qeyd edib.

 

Səhiyyə nazirinin müavini, dosent Nadir Zeynalov bu günümüzdə keçirilən mürəkkəb cərrahiyyə əməliyyatlarının uğurunun anesteziologiya sahəsi ilə bilavasitə bağlı olduğunu bildirib.

 

Pasiyentlərin intensiv terapiya nəticəsində qısa zamanda ayağa qalxması və sağlamlığına qovuşmasının anesteziologiya ilə əlaqəsinə diqqət çəkən nazir müavini, konfransın proqramına aktual problemlərə toxunan məruzələrlə yanaşı, praktik təlimlərin də salınmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Yerli mütəxəssisləri bu fürsətdən yararlanmağa dəvət edən Nadir Zeynalov konfrans iştirakçılarına uğurlar arzulayıb.

 

Tədbirdə, həmçinin TİKA-nın koordinatoru Fatih Yılmaz, TƏBİB-in şöbə müdiri Kəmalə Ağayeva, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, professor Rəşad Mahmudov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli və başqaları çıxış edərək bu sahədəki nailiyyətlər və bəzi çatışmazlıqlardan bəhs ediblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib