Əhalinin tibbi sığorta imkanlarının artırılması məqsədilə memorandum imzalanıb
09.09.2022 16:38

Əhalinin tibbi sığorta imkanlarının artırılması məqsədilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Sənədi səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev və “Azərbaycan Sığortaçılar Assosiasiyası” Müşahidə Şurasının sədri Azər Əliyev imzalayıblar.

 

Əhalinin sağlamlığının qorunması, tibbi sığorta imkanlarının artırılması nəticəsində səhiyyə xidmətlərinin səmərəli təşkili, bu sahədə dayanıqlı iqtisadi inkişafa nail olunması, dövlət və özəl sığorta subyektləri arasında əməkdaşlıq münasibətlərinin inkişafı Memorandumun əsas məqsədlərindəndir. Sənəddə, həmçinin Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və özəl sığorta şirkətləri arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, məlumat mübadiləsinin və maarifləndirmə tədbirlərinin təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi əks olunub.

 

Memorandumda qeyd olunan bəndlərin icrası məqsədilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin təqdimatı əsasında özəl sığorta şirkətlərinin nümayəndələrindən ibarət İşçi Qrup yaradılır.

 

İşçi Qrupuna tibbi sığorta sahəsində dövlət–özəl sektor əməkdaşlığı, icbari tibbi sığorta ilə əhatə olunan tibbi xidmətlər sahəsində maarifləndirici təlimlərin təşkili, özəl sığorta şirkətlərinin icbari tibbi sığorta ilə əhatə olunmayan tibbi xidmətlər üzrə sığorta təkliflərinin verilməsində maraqlarının artırılması ilə bağlı tədbirlərin görülməsi, tamamlayıcı tibbi sığorta sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, inzibatçılığın tətbiqi zamanı qarşıya çıxan problemlərin araşdırılması və həllinə dair təkliflərin verilməsinin təmini tapşırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub