Şəmkir Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub
09.09.2022 15:48

Səbəbçu Mirəhməd Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

 

Səbəbçu Mirəhməd Rövşən oğlu 02 iyul 1989-cu ildə Şəmkir şəhərində anadan olub. 2006-2012-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. O, pediatriya ixtisası üzrə ixtisaslaşıb.


Hərbi xidmət müddətini hərbi həkim olaraq başa vurub. 2016-cı ildə həkimlərin mərkəzləşmiş işə qəbul imtahanından keçərək Şəmkir rayon Sabirkənd həkim məntəqəsində həkim işləyib. 2019-cu ildə Şəmkir şəhər Uşaq xəstəxanasında həkim pediatr kimi fəaliyyət göstərib.


2017-ci və 2019-cu illərdə Türkiyə Cümhuriyyəti Ankara şəhərində pediatriya üzrə kurs keçib. 2022-ci ildə Ege Universiteti Tibb fakültəsi Uşaq xəstəxanası Tənəfüs xəstəlikləri və Allerqalogiya bolməsində 3 aylıq praktik fəaliyyətdə olub.


Səbəbçu Mirəhməd 2022-ci il sentyabrın 1-dən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub