Qayçı udan vətəndaş Nərimanov Tibb Mərkəzində əməliyyat olunub
09.09.2022 09:58
Təcili tibbi yardım avtomobili ilə başqa tibb müəssisəsindən 06.09.2022-ci il saat 22:10 radələrində yad cisim (qayçı) udan vətəndaş Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.
 
Aztibb.az xəbər verir ki, tibb müəssisəsində xəstəni ilk olaraq cərrah Emin Quliyev və torokal cərrah Fəyyaz Məmmədov müayinə edib. Kompüter tomoqrafiya (KT) və rentgenoloji müayinələr nəticəsində qida borusunun praksimalında yad cisim (qayçı) aşkarlanıb və xəstə təcili olaraq əməliyyata götürülüb.
 
Cərrah Fəyyaz Məmmədovun icra etdiyi əməliyyatda larinqaskopun köməkliyi ilə ağız boşluğu açılıb və yad cisim ağız boşluğundan xaric olunub. Daha sonra divar aralığında mediastinit təhlükəsi və emfizema aşkarlandığı üçün divar aralığına drenaj qoyularaq əməliyyat yekunlaşıb.
 
Xəstə bir gün Reanimasiya şöbəsində həkim nəzarəti altında qalıb. Daha sonra palataya köçürülüb. Hazırda müvafiq müalicələrə davam edilir. Xəstənin vəziyyəti isə orta ağır qiymətləndirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub