ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndə heyəti Tibb Universitetində qonaq olub - Fotolar
08.09.2022 17:00

ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. Nümayəndə heyəti ilə görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək universitetin fəaliyyəti, tədris proqramlarındakı dəyişiklər, gözlənilən islahatlar və s. kimi əhəmiyyətli məsələlər barədə qonaqlara məlumat verib.

 

Aztibb.az xəbər verir ki, görüş zamanı ATU-nun beynəlxalq əlaqələri, universitet üzrə üç ixtisasın beynəlxalq akkreditasiyadan keçməsi ilə bağlı məlumat da səfirlik təmsilçilərinin diqqətinə çatdırılıb.

 

ABŞ-ın Azərbaycandakı səfirinin Mədəniyyət və təhsil müşaviri Salman Haji təhsil shəsində mövcud proqramlar barədə danışıb. Həmçinin, "English language fellow" proqramının təfərrüatları haqqında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, ABŞ səfirliyinin təşəbbüsü ilə reallaşdırılan "English language fellow" layihəsi çərçivəsində 10 ay ərzində Azərbaycan Tibb Universitetində dil üzrə təlimlər baş tutacaq. Proqramın məqsədi ATU-nun professor-müəllim heyətinin, xüsusilə ingilis dilində tədris aparılan qruplarda dərs deyən müəllimlərin ingilis dili biliklərinin yaxşılaşdırılması istiqamətində fəaliyyət icra etməkdir.

 

Görüşdə ABŞ-ın Azərbaycandakı Səfirinin Təhsil üzrə mütəxəssisi Ramina Mürşüdova, İngilis dili üzrə proqram koordinatoru Səbinə Abdullayeva, İngilis dili təlimçisi Tiffany Tillman, ATU-nun xüsusi işlər üzrə prorektoru Nizami Adilov, Beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov iştirak ediblər.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib