Agentliyin reabilitasiya mərkəzlərində türkiyəli fizioterapiya və ortopediya mütəxəssisləri fəaliyyətə başlayıb
07.09.2022 11:11
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərinə türkiyəli fizioterapiya və ortopediya mütəxəssisləri dəvət olunub.
 
Aztibb.az xəbər verir ki, Türkiyə Respublikası Reabilitasiya və Fizioterapiya üzrə Xəstəxanalar Şəbəkəsi olan "Romatem Hospitals" şirkəti ilə əməkdaşlıq çərçivəsində bir neçə nəfərdən ibarət mütəxəssis heyəti Agentliyin reabilitasiya mərkəzlərində fəaliyyətə başlayıblar.
 
Təcrübəli mütəxəssislər Bakı şəhərində yerləşən reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərin bərpa müalicəsi prosesinə cəlb olunublar.
 
Xatırladaq ki, ötən il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “Romatem” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
 
Sənəddə reabilitasiya xidmətlərinin effektiv və səmərəli təşkili, bu sahədə ixtisaslaşmış kadrların yetişdirilməsi sahəsində əməkdaşlıq, reabilitasiya sahəsində tətbiq olunan modern yanaşmalara dair məlumat və təcrübə mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub