Gömrük Hospitalına güclü ağrılarla daxil olmuş pasiyent: “Əməliyyatdan sonra bütün problemlərim aradan qalxdı”
07.09.2022 15:44

Mərkəzi Gömrük Hospitalında aşağı ətraf arteriyası tıxanmış 59 yaşlı pasiyent Əbülfət Musayevin sol ayaq damarı əməliyyat olunub.

 

Aztibb.az xəbər verir ki, pasiyentə balon angioplastika əməliyyatı icra olunub. Əməliyyat Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq İlqar Tahiroğlu tərəfindən həyata keçirilib.

 

Pasiyent qeyd edir ki, əməliyyatdan öncə güclü ağrıları və yeriməkdə çətinliyi olsa da, əməliyyatdan sonra bütün problemlər aradan qalxıb.

 

Ə.Musayev Hospitalda ona göstərilən diqqət və qayğıdan razı qaldığını bildirib, xəstəxananın personalına minnətdarlığını ifadə edib:

 

“Başda Hospitalın rəhbərliyi olmaqla, əməliyyatımın uğurla icra olunmasında böyük xidmətləri olan kardioloq İlqar Tahiroğluya, eləcə də tibb bacıları və bütün personala dərin minnətdarlığımı bildirirəm”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub