1 il ərzində nəfəs borusunda sümük parçası ilə yaşayan 2 yaşlı qız əməliyyat edilib - Mərkəzi Klinika
06.09.2022 15:41
2 yaşında qız uşağı 1 il ərzində nəfəs borusunda sümük parçası ilə yaşayıb.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Klinikanın uzman uşaq cərrahı Fuad Hüseynov bu barədə məlumat verərək qeyd edib ki, xəstəxanaya daxil olanda artıq çətinliklə nəfəs alırdı, xırıltı uzaqdan eşidilirdi.
 
Valideynlərinin bildiridiyinə görə, uşağın 1 yaşı olanda balıq yeyib, ondan sonra qızdırma öskürək, xırıltı başlayıb.
 
Aparılan bütün müalicələrə baxmayaraq xırıltı, öskürək getdikcə artıb və tez-tez temperaturu yüksəlib.
 
Valideynləri uşağın vəziyyətinin getdikcə pisləşdiyini söyləyiblər.  Azyaşlının vəziyyətinin ağırlığı ilə əlaqədar müraciət etdikləri klinikalarda qəbul etmədikləri üçün Mərkəzi Klinikaya müraciət ediblər.
 
"Ciddi risk daşısa da, uşağın rahat nəfəs alması üçün sümüyü nəfəs borusundan çıxarmaq məcburiyyətində idik. Bronxoskopiya işıqlı alətlə nəfəs borusuna girilərək çətinliklə olsa da sol ana bronxdan sümüyü problemsiz çıxarmağa nail olduq. Nəhayət ki, 1 ilin sonunda uşaq rahat nəfəs almağa başladı", - deyə F.Hüseynov əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər