Gömrük Hospitalına ağır vəziyyətdə daxil olmuş pasiyent: "Məni ikinci dəfə həyata qaytardılar"
05.09.2022 17:13
Mərkəzi Gömrük Hospitalında 2 damarına anju əməliyyatı icra edilmiş, baş damarına isə stent qoyulmuş 53 yaşlı pasiyent Müşfiq Surxayev 3 gün ərzində burada müalicə alıb. Pasiyent Hospitalda ona göstərilən diqqət və qayğıdan razı qaldığını bildirib, xəstəxananın personalına minnətdarlığını ifadə edib.
 
Aztibb.az xəbər verir ki, avqustun 30-u səhər saatlarında 53 yaşlı pasiyentin halı birdən-birə dəyişib. Xəstəxanaya çatdırılarkən onun təzyiqi 0-a bərabər olub və təcili olaraq Gömrük Hospitalına yerləşdirilib.
 
"Demək olar ki, ölümdən döndüm, Emin həkim məni əməliyyat edərək sağlamlığıma qovuşdurdu", - deyə bildirən M.Surxayev həm yüksək insani münasibət, həm də peşəkar tibbi xidmətə görə Mərkəzi Gömrük Hospitalına təşəkkür edib:
 
"Başda Hospitalın rəhbərliyi olmaqla, mənim ikinci dəfə dünyaya gəlməyimdə əvəzsiz xidmətləri olan invaziv kardioloq Emin Hacıbalayevə, eləcə də tibb bacıları və bütün personala dərin minnətdarlığımı bildirirəm". 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub