Vaxtında düzgün diaqnoz qoyularsa bir çox problemin qarşısını almaq olar - Kardioloq
05.09.2022 14:56

Ürək-damar xəstəlikləri dünyada geniş yayılmaqdadır. İnkişaf etmiş ölkələrdə belə, ürək xəstəlikləri ölümə səbəb olan xəstəliklər sırasında ilk yerlərdə gəlir. Amma 15-20 il ərzində farmakoterapiya, cihaz terapiyasında böyük irəliləyişlər əldə olunub. Kəskin miokardın qarşısı alınır, vaxtında xəstəyə müdaxilə olunur ki, ürək çatışmazlığı yaranmasın.

 

Aztibb.az xəbər verir ki, bu barədə Nərimanov Tibb Mərkəzinin kardioloqu Lalə Həsənova bildirib. 

 

Həkim bildirib ki, son illər şəkərli diabet xəstəliyi geniş yayılıb. Şəkər xəstələrində ağrı simptomları olmadığına görə həmin xəstələr vaxtında həkimə müraciət etmirlər. Bu da nəticədə ürək çatışmazlığına gətirib çıxarır. İndiki həyat tərzi çox stress yaradır. İnsanlarda stres bir risk faktoru olaraq yüksək qan təzyiqinə səbəb olur. Bu da aritmiyalara, miokard infarktına və ürək çatışmazlığına gətirib çıxarır.

 

"Ürək qan-damar xəstəliklərinin, miokard infarktının olmaması üçün gün ərzində hər bir insan 5-6 km məsafəni qət etməlidir, pəhrizə fikir verməlidir, yağlı qidalardan və imkan daxilində stressdən uzaq olmalıdır. Bütün bunlara və vaxtlı-vaxtında müalicələrə əməl edilsə, ürək qan-damar xəstəliklərindən uzaq olmaq mümkün olar bilər". 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub