Daha bir həkim Kliniki Tibbi Mərkəzdə fəaliyyətə başlayıb
05.09.2022 10:01

Kliniki Tibbi Mərkəzi seçən həkimlərin sayı artır.

Aztibb.az xəbər verir ki, kəkim-radioloq Günay Bayramova Mərkəzin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin Radiologiya şöbəsinin həkim-radioloqu vəzifəsinə təyin olunub.

G.Bayramova 14 iyul 1980-ci ildə Quba şəhərində anadan olub.

1985-1995-ci illərdə Quba şəhəri 3 saylı orta məktəbdə təhsil alıb. 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetində təhsilini davam etdirib.

2001-ci ildə Mərkəzi Dənizçilər Xəstəxanasında şüa-diaqnostikası üzrə internatura keçib.

2002-2017-ci illərdə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda, 2017-2021-ci illərdə isə Baku Medikal Plaza xəstəxanasında həkim-radioloq olaraq çalışıb.

2010-cu ildə Almaniyanın Berlin şəhərində, 2011-ci ildə Litvanın Vilnüs şəhərində diaqnostika üzrə kurs keçib. 2021-ci ildə İngiltərədə neyrosonoqrafiya, doğuşdan sonra ağırlaşmaların diaqnostikası üzrə vebinarlarda iştirak edib.

Bir çox elmi və praktik məqalələrin müəllifidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub