Mərkəzi Gömrük Hospitalının həkimi Barselonada keçirilən beynəlxalq konfrasda iştirak edib
05.09.2022 09:37

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq Dr.İlqar Tahiroğlu 26-30 avqust 2022-ci il tarixlərində Avropa Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə İspaniya Krallığının Barselona şəhərində keçirilən Beynəlxalq konfrasda iştirak edib.

Aztibb.az xəbər verir ki, konfransın son günü ürək qapaq xəstəlikləri əsasən aorta qapaq stenozu olan xəstələrə yanaşmada olunan doğrular və yanlışlar danışıldı. Bu sessiyada Danimarkanın Kopenhagen Universitetinden prof. P.Graverson 2008-2022-ci illər arasında Danimarkada uyqulanmış olan bütün TAVİ prosedurlarının yaşa uyğun temporal dəyişikliklərinin statistikasını sundu. Kanada Ottava Universitetinden dr.Messika Zeyton TAVİ proseduru həyata keçirilən mərkəzlərin donanımının TAVİ sonrası xəstələrin yeni qapağa adoptasiyasında rolunun önəmini məruzə etti.Son məruzədə Amerikanın Çikaqo Universitetindən dr.D.Kumi bikuspid və trikuspid aorta qapağının TAVİ proseduru ilə dəyiştirilməsi sonrası qısa vadə və uzun vadə nəticələr arasında fərqi göstərən məruzə ilə çıxış edib.

Bundan başqa konfransda ən önəmli mövzulardan biri COVID və Ürək xəstəlikləri idi. Ürək xəstəliklərinin hər biri üzərində korona virusun təsiri haqqında məruzələr oldu.Əsasən gənc xəstələrdə və hətta sağlam olub koronavirus keçirmiş olanlarda bir neçə ay sonra miyokardit başda olmaqla bir sıra ürək xəstəliklərinin alovlandığı vurğulandı.Ürək xəstələrinin mütləq bir şəkildə korona virusdan qorunmalı olduqları vurğulandı.

Qazanılan həm nəzəri biliklər,həm pratik vərdişlər, həm də dünyanın müxtəlif universitetlərinin kardiologiya kollektivləri ilə tanışlıq bundan sonra xəstəxanamızda kardiologiya işinin təşkilində əhəmiyyətli dərəcədə yardımcı olacaqdır. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib