Psixologiya Elmi-Tədqiqat İnstitutunda türkiyəli psixoloqlarla görüş keçirilib
03.09.2022 18:22

Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə” təlimi çərçivəsində Türkiyədən dəvət edilmiş professor və dosent heyəti ilə görüş keçirilib.

 

Bu barədə Psixologiya Elmi-Tədqiqat İnstitutundan məlumat verilib. Bildirilib ki, tədbir Elm və Təhsil Nazirliyi, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türk Psixoloji Məsləhət və Rəhbərlik Dərnəyinin birgə əməkdaşlığı ilə təşkil edilib.

 

Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Türk Psixoloji Məsləhət və Rəhbərlik Dərnəyi İstanbul şöbəsinin rəhbəri Mehmet Engin Deniz iştirak edib.

 

Görüşdə məktəb psixoloqlarının peşəkar inkişafı, bu istiqamətdə birgə görüləcək işlər müzakirə edilib.
Türkiyədən dəvət edilmiş nümayəndə heyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Bakı, Abşeron və Sumqayıtda fəaliyyət göstərən 85 nəfər qeyri-ixtisas, 135 nəfər ixtisaslı olmaqla ümumilikdə 220 nəfər məktəb psixoloqunun həm nəzəri, həm də praktik biliklərini artırmaq, onları psixologiyada müasir yanaşmalar haqqında məlumatlandırmaq məqsədilə “Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə” təlimi həyata keçirilib.

 

Qeyd edək ki, təlimlərin ilk mərhələsində institut əməkdaşları tərəfindən 85 nəfər qeyri-ixtisaslı məktəb psixoloquna 40 saatlıq, daha sonra ümumilikdə bütün iştirakçılara Türkiyədən dəvət olunan professor və dosent heyəti tərəfindən 60 saatlıq təlim tədris edilib. Bununla yanaşı, təlim prosesində superviziya saatları da keçirilib.

 

Təlimlərin sonrakı mərhələsi onlayn şəkildə davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib