Qazinin 8 il sonra dünyaya gələn əkiz övladları sağlam şəkildə evə yola salınıb - ETMGİ
03.09.2022 14:25

Qarabağ uğrunda gedən döyüşlər zamanı minaya düşərək ayağını itirən qazi Aqil Əsədovun 8 il sonra Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) vaxtından əvvəl dünyaya gələn əkiz qız övladları sağlam şəkildə evə yola salınıb.

 

Bu barədə Aztibb.az-a ETMGİ-dən məlumat verilib.

 

Bildirilib ki, hamiləliyin 28-ci həftəsində gecə saatlarında instituta gətirilən hamilə qadının vəziyyəti ilə əlaqədar olaraq növbətçi həkim tərəfindən təcili olaraq qeysəriyyə kəsiyi əməliyyatı icra olunub. Azçəkili körpələr dərhal Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiyası şöbəsinə köçürülüblər.

 

Diaqnozları ilə əlaqədar olaraq əkiz körpələr bir həftə süni tənəffüs aparatına qoşulub, daha sonra onların CPAP dəstəyində stasionar müalicələri davam etdirilib.

 

Həkim-neonatoloq Kövsər Azadəliyeva və tibbi heyət tərəfindən iki aylıq müddət ərzində aparılan düzgün müayinə və müalicə nəticəsində hər iki körpə sağlam şəkildə ailəsinə qovuşub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub