17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası ən müasir avadanlıqlarla təmin olunub
02.09.2022 14:13
TƏBİB-in tabeliyindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası xroniki böyrək çatışmazlığı olan xəstələri dializlə təmin etmək gücünə malik 8 hemodializ aparatı ilə təmin olunub.
 
Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (BŞX) Hemodiaiz şöbəsində xəstə qəbuluna başlanılıb.
 
Mərkəzdə həftədə 3 dəfə və hər biri dörd saat olmaqla son mərhələ böyrək çatışmazlığı olan xəstələrə hemodializ proseduru həyata keçiriləcək.
 
Qeyd edək ki, düzgün işləyən böyrəklər orqanizmdə əlavə maye və zərərli maddələrin yığılmasının qarşısını alır. Onlar, həmçinin qan təzyiqini idarə etməyə və qanda elektrolit səviyyəsini tənzimləməyə kömək edir, kalsiumun mənimsənilməsini yaxşılaşdıran D vitaminini aktivləşdirir.
 
Böyrəklər xəstəlik və ya zədə səbəbindən bu funksiyaları yerinə yetirə bilmədikdə, dializ orqanizmin mümkün qədər normal işləməsinə kömək edə bilər, lakin bu böyrək çatışmazlığının tam həlli deyildir.
Bədəndə toplanmış həyati təhlükə yaradan tullantılar və toksinlərin xaric olunması müalicə edilmədikdə ömrü uzatmaq üçün dializ müalicəsi və ya böyrək nəqli lazımdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub