Azərbaycanlı onkoloq Nərmin Talıbova Almaniyanın Ulm Universitet Xəstəxanasında fəaliyyətə başlayıb
02.09.2022 16:56
Azərbaycanlı onkoloq Nərmin Talıbova Almaniyanın Ulm Universitet Xəstəxanasında fəaliyyətə başlayıb.
Aztibb.az xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev sosial şəbəkədə məlumat paylaşıb.
Məlumat üçün bildirək ki, Almaniyanın Ulm Universitet Xəstəxanası Almaniyada “Top-25”ə daxil olan universitet xəstəxanası və Almaniyanın "Top-14"ə daxil olan nüfuzlu xərçəng mərkəzidir.
Qeyd edək ki, Nərmin Talıbova 2006-ci ildə Türkiyə Diyanət Vəqfi Bakı Türk Litseyini bitirərək Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub. 2011-ci ildə Tibb Tələbələri Assosiasiyasının Beynəlxalq Federasiyasının (İFMSA-İnternational Federation of Medical Students Association) beynəlxalq tələbə mübadiləsi proqramı çərçivəsində Portuqaliyanın Santa Maria Xəstəxanasında 1 aylıq təcrübə mübadiləsi keçib. 2012-ci ildə universiteti bitirən Nərmin Talıbova Milli Onkologiya Mərkəzində “onkologiya” ixtisası üzrə rezidentura təhsili alıb. Rezidentura dövründə 3 aylıq Almaniyanın Yena Universitet Klinikasının Hematologiya və tibbi onkologiya şöbəsində, həmçinin Türkiyənin Neolife Xərçəng Mərkəzində kurs keçib.
O, 2016-cı ildə Amerika Klinik Onkologiya Cəmiyyətinin ”Beynəlxalq İnkişaf və Təhsil” mükafatını qazanaraq 2 həftə Amerika Birləşmiş Ştatlarının Çikaqo və Kolumbus şəhərində olub, Ohia Universitetinin James Xərçəng Mərkəzində professor Riçard Qoldberq (qastrointestinal şişlər üzrə dünyada tanınmış alim) və Dr. İvana Efeberanın rəhbərliyi altında təcrübə mübadiləsi keçib.
Nərmin Talıbova 2018-ci ildə Avropa Onkologiya Məktəbinin (ESO-European School of Oncology) təşkil etdiyi “Süd vəzi xərçəngi üzrə sertifikasiya” proqramına ölkələr arasında qrant qazanaraq bir il ərzində Almaniya, Avstriya, Portuqaliyada keçirilən seminarlarda iştirak edib, Almaniya Ulm Universitetinin Xərçəng Mərkəzində təcrübə mübadiləsində olub.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

