Professor Adil Əliyev: "10 xəstəliyin müalicəsində palçıq vulkanından istifadə oluna bilər"
02.09.2022 12:57

Azərbaycan palçıq vulkanları diyarıdır, onların sayına, müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünyada ölkəmizə oxşar ərazi yoxdur. Uzun illər mətbuatda, xüsusilə xarici məqalələrdə müxtəlif rəqəmlər göstərilib, əvvəllər dünyada 800-900, sonralar 3000-ə qədər, ya daha çox palçıq vulkanının olduğu düşünülürdü. 2001-ci ildə “BP” ilə birgə tədqiqatlar aparılan zaman biz dünya palçıq vulkanlarının məlumat bankını hazırladıq. 2009-cu ildə atlasın tərtib olunması qərarı alındı və 1 il sonra işlərə başlanıldı, 500-ə yaxın xaricdə işıq üzü görmüş məqalələr tərcümə olundu. 2015-ci ildə Atlas böyük həcmdə (300 səh.), ayrıca Azərbaycan, ingilis və rus dillərində nəşr olundu.

 

Aztibb.az xəbər verir ki, bunu görkəmli geokimyaçı və vulkanoloq, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, professor Adil Əliyev bildirib.

 

Alim  70-ci illərdə keçmiş SSRİ-nin digər respublikalarının palçıq vulkanlarını öyrəndikdən sonra Rusiya və Gürcüstanda olduğu kimi, Azərbaycanda da vulkan palçığından istifadə olunması qərarına gəldiyini deyib. Bildirib ki, Kurortologiya Elmi-Tədqiqat İnstitutunda (indiki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu) bu məsələ müzakirə olundu. Bir neçə palçıq vulkanının geokimyəvi xüsusiyyətləri, bioloji aktiv maddələri öyrənildi. Sonrakı illərdə də tədqiqatlar aparıldı və 10 xəstəliyin müalicəsində palçıq vulkanından istifadə oluna biləcəyi müəyyən edildi. Bu barədə “Dünya palçıq vulkanları”  atlasında ətraflı məlumat verilib.

 

Professor Adil Əliyevin sözlərinə görə, atlasda palçıq vulkanlarına aid indiyə kimi görülən elmi tədqiqatların nəticələri əks olunub. Atlas hazırlanarkən məlum olub ki, dünyanın 42 ölkəsində 2500 palçıq vulkanı var, onun 353-ü Şərqi Azərbaycanda quruda və Cənubi Xəzərin qərbində (154) inkişaf tapmışdır.

 

“Biz keçən əsrin 70-80-ci illərində tibb elmləri doktoru Fəridə Əfəndiyeva və başqa mütəxəssislərlə birgə tədqiqatlar apararaq vulkan palçığının balneoloji xassələri və geokimyəvi xüsusiyyətlərini öyrənib ölkənin 15-dən çox tibb müəssisəsində vulkan palçığı ilə müalicə praktikasını tətbiq etmişik. Vulkan palçığı özünün müstəsna yüksək balneoloji xassələrinə görə bir çox xəstəliklərin müalicəsində, xüsusilə kosmetologiyada istifadə oluna bilər. Çox təəssüf ki, hazırda palçıqdan bu məqsədlərlə istifadə edilmir”, - deyə alim bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub