Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin 1-ci beynəlxalq konqresi keçirilir
02.09.2022 11:53

Sentyabrın 2-də Azərbaycan Otolarinqologiya Cəmiyyətinin 1-ci beynəlxalq konqresi öz işinə başlayıb.

 

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti və Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyinin təşkilatçılığı ilə keçirilən konqresdə Azərbaycan, ABŞ, İtaliya, Rusiya Federasiyası, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistandan 350-ə yaxın otorinolarinqoloq iştirak edir.

 

Konqresin xarici qonaqları arasında Dünya Qulaq-burun-boğaz Cəmiyyətləri Konfederasiyasının eks-prezidenti, professor Desiderio Passali, İdarə Heyətinin üzvü professor Metin Önerci, Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun cərrahiyyəsi Birliyinin sədri, professor Vadim Nasırov, Türk Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Tayfun Kirazlı, həmin cəmiyyətin baş katibi professor Özgür Yiğit, Avropa Larinqologiya Cəmiyyətinin keçmiş sədri professor Ferhan Öz, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Tacikistan Otorinolarinqologiya cəmiyyətlərinin sədrləri və digər tanınmış otorinolarinqoloqlar var.

 

Iki gün ərzində müzakirə olunmaq üçün ümumilikdə 65 məruzəçi öz elmi işini təqdim edib. Konqresin elmi proqramı otorinolarinqologiyanın müxtəlif problemlərinə həsr olunmuş 4 kurs və 13 elmi paneldən ibarətdir.

 

Konqres öz işinə sentyabrın 3-də yekun vuracaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib