Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası beynəlxalq sertifikata layiq görülüb
01.09.2022 10:12

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasının ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahəyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət standartına uyğun olması üzrə 2022-2023-cü illər üzrə növbəti audit akkreditasiyası müvvəfəqiyyətlə başa çatıb. Auditin nəticələrinə görə Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasının ISO 15189:2012 beynəlxalq keyfiyyət standartına uyğun olduğu təsdiq edilib.

 

Qeyd edək ki, Tibbi laboratoriyasının ISO 15189:2012 standartı üzrə auditi İngiltərənin “Sublime Managment Services” şirkəti tərəfindən aparılıb. Belə ki, İSO standartları üzrə beynəlxalq ekspertlər tərəfindən laboratoriyanın operativ və keyfiyyətli xidmət göstərilməsi üçün tələb olunan şəraitin ISO 15189:2012 standartına uyğun olması, səhiyyə normativlərinin yerinə yetirilməsi, müayinə nəticələrinin düzgünlüyü, laboratoriya avadanlıqlarının və analiz üsullarının yüksək tələblərə uyğun təşkil edilməsi audit edilmişdir.

 

Laboratoriyanın İSO 15189:2012 üzrə akkreditasiyası tibb sahəsində yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə və hər şeydən əvvəl, pasiyentlərin məmnunluğuna zəmanət verir.

 

Mərkəzi Gömrük Hospitalının tibbi laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laborotariyalardan biridir. Laboratoriya 24 saat rejimində müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi və  immunoferment bakterioloji tədqiqatların aparılması üçün bütün zəruri resurslara malikdir.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Gülxətmi çayının faydaları və yan təsirləri açıqlanıb