Qaraciyər xərçənginin mərhələlərinin təyini sistemində biliklərin transformasiyası ilə bağlı tədqiqatlar aparılıb/KONFRANS    
31.08.2022 09:56

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (The 8th International Conference on Control and Optimization with Industrial Applications) mövzusunda 8-ci beynəlxalq elmi konfransında hepotesellular korsinomanın (HSK, qaraciyər xərçəngi) mərhələlərinin təyini intellektual sistemində biliklərin transformasiyası ilə bağlı müzakirələr aparılıb.

 

Aztibb.az İnformasiya Texnologiyaları İnstitutuna istinadla xəbər verir ki, konfransın Bakı Dövlət Universitetində keçirilən “İntellektual və qeyri-səlis sistemlər” adlı bölməsində bu qurumun baş elmi işçisi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova “Hepotesellular korsinomanın (HSK) mərhələlərinin təyini intellektual sistemində biliklərin transformasiyası” mövzusunda məruzə ilə çıxış edib.

 

HSK-nın mərhələlərinin təyin edilməsi məsələsinin aktuallığından bəhs edən məruzəçi bildirib ki, həkim qərarlarının qəbulunun dəstəklənməsi sistemlərinin yaradılmasında ənənəvi metodologiyanın formalaşmasına baxmayaraq, hələ də həkim-ekspert biliklərinin süni intellektə transformasiyası, yaradılan sistemlərin sınaqdan keçirilərək əhəmiyyətinin əsaslandırılması, gündəlik stolüstu vasitəyə çevrilməsi istiqamətində problemlər qalmaqdadır.

 

O, diqqətə çatdırıb ki, HSK-nın mərhələlərinin təyini törəmənin yayılma dərəcəsi, limfa düyünlərinin vəziyyəti, qaraciyərin funksional vəziyyəti, orqanizmin ümumi halı və s. kimi önəmli meyarlarla təyin edilir: “HSK-nın mərhələlərinin təyini üçün 5 müayinə veriləninə istinad edilir: törəmənin sayı, törəmənin ölçüsü, damar invaziyası, limfa düyünü, uzaq metastazın olması. Hər bir müayinə veriləni isə müxtəlif kliniki əlamətlərlə təyin edilir”.

 

Z.Cəbrayılova HSK-nın mərhələlərinin təyininin iyerarxik strukturu, IB və IIIB mərhələlərinin təyini sxemi, HSK-nın mərhələlərinin təyini üçün qeyri-səlis qaydalara əsaslanan sistemin strukturu, HSK-nın mərhələlərinin təyini üçün cari müayinə verilənlərinin sistemə daxil edilməsi və qərarın istifadəçi pəncərisinə çıxarılması haqqında ətraflı məlumat verib.

 

Sonda məruzəçi HSK-nın mərhələlərinin təyini üçün cari müayinə verilənlərinin sistemə daxil edilməsi və qərarın istifadəçi pəncərəsinə çıxarılmasından söhbət açıb. Diqqətə çatdırıb ki, sistemin müvafiq sahə mütəxəssisləri, həkimlər tərəfindən stolüstü alət kimi istismarı HSK-nın mərhələlərinin təyini zamanı həkim səhvlərinin aradan qaldırılmasına, bu prosesə vaxt sərfiyyatının azaldılmasına imkan yaradır.

 

Alim bu kimi sistemlərin istifadəsinin teletibbin inkişafı istiqamətində də uğurlu tətbiqlərdən, insan həyatı üçün təhlükəli mühitlərdə həkim-mütəxəssislərin biliklərindən yararlanmağa imkan verdiyini söyləyib. Digər xəstəliklərin diaqnostikası üçün analoji sistemlərin işlənilməsi, ölkəmizdə e-tibbin inkişafı istiqamətində tədqiqatların gücləndirilməsi və dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib