ATU əməkdaşı Mayamidə keçirilən dünya konqresində çıxış edib
03.09.2022 08:06
Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tanınmış cərrah, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov bariatrik cərrahiyyə üzrə dünya miqyaslı konfransda ölkəmizi təmsil edib.
 
Aztibb.az xəbər verir ki, T.Ömərov IFSO-nun (International Federation for the Surgery of Obesity and Metabolic Disorders) növbəti illik toplantısında poster təqdimatla çıxış edib.
 
Bariatrik və metabolik cərrahların beynəlxalq təşkilatı olan IFSO dünyanın fərqli ölkəsindən yüzlərlə mütəxəssisi, 70-dən çox milli təşkilatı özündə birləşdirir. Qurumun Mayamidə keçirilən 25-ci toplantısında çıxış edən T.Ömərov mədənin boylama Rezeksiyası zamanı yaranan fəsadların profilaktikası məqsədilə uzun illərdir tətbiq etdiyimiz metodun müqayisəli təhlilindən bəhs edib.
 
Qeyd edək ki, T.Ömərova məxsus laparoskopik bariatrik cərrahiyyə əməliyyatının yeni modifikasiyası -“Aşırı piylənməsi olan xəstələrdə Bariatrik-Metabolik cərrahi müalicənin optimallaşdırılması” metodu üçün Avrasiya Patent Təşkilatı (Euroasian Patent Organization) patent alıb, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (World Intellectual Property Organization, WIPO) tərəfindən Beynəlxalq İdeya Müəllifliyi kimi seçilib. Ölkəmizdə ilk bariatrik metabolik cərrahi əməliyyatları aparan cərrahlardan olan Tariyel Ömərov 2014-cü ildə Azərbaycan Bariatrik və Metabolik Cərrahlar dərnəyinin yaradıcılarındandır.
 
Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri Tariyel Ömərovun bu metodu piylənmədən əziyyət çəkən pasiyentlərin artıq çəkidən qurtulması üçün icra edilən cərrahiyyə əməliyyatları zamanı istifadə olunur. İndiyədək dünyanın bir çox nəşrlərində cərrah Tariyel Ömərovun 2013-2017-ci illərdə hazırladığı bu metodu barədə elmi məqalələr dərc olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub