Abşeron Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi fəaliyyətə başlayıb
30.08.2022 17:09
TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi fəaliyyətə başlayıb.
 
Aztibb.az xəbər verir ki, müasir hemodializ aparatları ilə təmin olunan şöbədə artıq Abşeron rayonu üzrə qeydiyyatda olan dializ xəstələrinə xidmət göstərilir.
 
Qeyd edək ki, hemodializ xroniki və kəskin böyrək çatışmazlığı olan xəstələrdə böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan zərərli maddələrin və mayenin xaric edilməsi üsuludur. Hemodializ böyrək köçürülməsi planlanan xəstələrdə əməliyyata qədər alternativ çıxış yoludur.
 
Bu üsul funksiyaların davamlı, geridönməz və proqressivləşən pozulmaları zamanı aparılır. Böyrəklərin xroniki xəstəlikləri irsi xəstəliklər, şəkərli diabet, hipertoniya, uroloji patologiyalar, maddələr mübadiləsinin pozulmaları və transplantantın uyğunsuzluğundan sonra baş verir. Vaxtında və düzgün icra olunan prosedur xəstələrin həyat keyfiyyətini yaxşılaşdıraraq ölüm faizini azaltmış olur.
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Gülxətmi çayının faydaları və yan təsirləri açıqlanıb