Mərkəzi Gömrük Hospitalının həkimi ağrı probleminə həsr olunmuş beynəlxalq konqresdə iştirak edib
30.08.2022 12:05

Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi, travmatoloq-ortopedi, tibb üzrə fəlsəfə doktoru Ramin Rzayev 25-27 avqust 2022-ci il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində ağrı probleminə həsr olunmuş XI Beynəlxalq konqresdə iştirak edib. Dayaq-hərəkət sistemində olan ağrı sindromuna həsr edilmiş konqresdə ağrı sindromuna müasir yanaşmalar, müasir konservativ müalicələr, bəzi hallarda cərrahi müdaxilələr haqqında geniş məlumat verilib və məruzələr edilib.

Aztibb.az xəbər verir ki, Ramin Rzayev tədbirin travmatologiyaya aid olan hissəsində - dayaq-hərəkət sistemi, bel, bud-çanaq, diz oynaqlarında olan ağrı mövzusunda təqdim edilmiş məruzələri dinləmiş, dünyanın aparıcı tibb müəssisələrinin nüfuzlu alimlərinin ağrının idarəedilməsi haqqında çıxışları ətrafında müzakirələrdə fəal iştirak edib.

Qeyd edək ki, beynəlxalq konqres 3 gün davam etmiş, bu müddət ərzində orada fəaliyyət göstərən sərgi zalında qonaqlara regenerativ tibb, neyromodulyasiya və xroniki ağrılar sahəsində ən yaxşı işlər təqdim edilmişdir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən: ABŞ, Almaniya, Türkiyə, Hollandiya, Braziliya, Belçika, İrlandiya, İspaniya, Tayvan, Meksikadan gəlmiş travmatoloq-ortopedlər, neyrocərrahlar, nevropatoloqlar, fizioterapevtlər, alqoloqlar və digər yüksəkixtisaslı mütəxəssislər iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib