Vətən müharibəsi iştirakçılarına psixoloji yardım üçün Türkiyədən mütəxəssislər gəlib
29.08.2022 19:40

44 günlük şanlı Vətən müharibəsi iştirakçılarının postmüharibə dövründə psixoloji pozuntularının aradan qaldırılması, xəsarət almış şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, onların sosial reabilitasiyası məsələləri daim dövlətimizin diqqətindədir.

 

Qazilərə proaktiv psixoloji tibbi dəstəyin göstərilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə 2 peşəkar mütəxəssis, Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan ŞAHİNER ilə Ankara Təhsil və Araşdırma Xəstəxanasının psixoloqu Nihan KILIÇ bilik və təcrübələrini yerli mütəxəssislərlə paylaşmaq, ehtiyacı olan şəxsləri müayinə və müalicə etmək üçün Azərbaycanda səfərdədirlər.

 

Türkiyə Səhiyyə Nazirliyinin dəstəyi ilə 1 aylıq müddətə ölkəmizə ezam olunmuş mütəxəssislər burada intensiv şəkildə fəaliyyət göstərəcək. Səfərin ilk günü peşəkar mütəxəssislərlə Səhiyyə Nazirliyində görüş keçirilib.

 

Görüşdə qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan və Türkiyə münasibətlərinin dərin köklərə əsaslandığını, iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın nümunəvi olduğunu qeyd edib: “Tarixi torpaqlarımızı işğaldan azad etmək uğrunda aparılan əks-hücum əməliyyatlarının ilk dəqiqələrindən ölkəmizin yanında olan qardaş Türkiyə Respublikasının dəstəyini bu gün də hiss edirik”.

 

Səfərin baş tutmasına görə Türkiyənin Səhiyyə Nazirliyinə təşəkkürünü bildirən Teymur Musayev postmüharibə dövründə qazilərimizin psixoloji durumunun nəzarətdə saxlanılmasında Türkiyəli mütəxəssislərin dəstəyinə ehtiyac olduğunu qeyd edib.

 

Öz növbəsində Türkiyəli mütəxəssislər ölkələrimiz arasındakı qardaşlığın əbədi və sarsılmaz olduğunu vurğulayaraq, tarixin ən çətin dövrlərində bir-birilərinə olan dəstəyin bundan sonra da davam edəcəyini diqqətə çatdırıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın qəhrəman oğulları ölkənin tarixinə qızıl hərflərlə yeni səhifə yazıblar. Təbii ki, hər bir qələbənin öz çətinliyi var. Vətən müharibəsi iştirakçılarında postmüharibə sindromunun aradan qaldırılması üçün Türkiyəli mütəxəssislər bütün bilik və bacarıqlarını əsirgəməyəcəklərini vurğuladılar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib