“Azərbaycan və Böyük Britaniyanın mama-ginekologiya sahəsində oxşar və fərqli cəhətlər” mövzusunda tədbir keçirilib
29.08.2022 19:12

29 avqust 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, t.ü.f.d. Sədi Allahverdiyev və Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının məsləhətçi mama-ginekoloqu Fidan İsrafil-Bəyli “Azərbaycan və Böyük Britaniyanın mama-ginekologiya sahəsində oxşar və fərqli cəhətləri” mövzusunda təqdimatlarla çıxış ediblər.

 

Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova, mama-ginekoloqlar, pediatrlar, neonatoloqlar, rezidentlər, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., professor Leyla Rzaquliyeva və digər mütəxəssislər iştirak ediblər.

 

Tədbiri açılış nitqi ilə açan Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova iştirakçılarını salamlayaraq Mərkəzi Gömrük Hospitalı və Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalı arasında əməkdaşlıq, bu istiqamətdə həyata keçirilən tədbirlər və Dr.Sədi Allahverdiyevin Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalında təcrübə mübadiləsində iştirakı barədə ətraflı məlumat verib.

 

Daha sonra Dr. Sədi Allahverdiyev Böyük Britaniya və Azərbaycanda mama-ginekologiya sahəsində olan oxşar və fərqli cəhətlər barədə geniş təqdimatla çıxış edib. Dr.Fidan İsrafil-Bəyli Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekologiya şöbəsinin iş prinsipi barədə çıxış edib. Təqdimatların sonunda Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova, həkim-ginekoloq Gülnar Nuriyeva, pediatr-neonatoloqlar Dr.Nazilə Hüseynova, Dr.Təranə Göyüşova təqdimatçılara müxtəlif suallar veriblər.

 

Dr.Fidan İsrafil-Bəyli qarşılıqlı əməkdaşlıq çərçivəsində Dr.Sədi Allahverdiyevin təcrübə mübadiləsində iştirak etdiyinə şad olduğunu bildirib, o cümlədən Azərbaycan rezidentlərinin Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalında rotasiya proqramlarında iştirak etməsi üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib. Həmçinin, Dr.Fidan İsrafil-Bəyli qarşılıqlı əməkdaşlığın yaradılmasına görə Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova dərin təşəkkürünü bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib