Abşeron Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyaları yenidən təşkil olunub
29.08.2022 16:13
TƏBİB-in “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində Abşeron Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyaları yenidən təşkil olunaraq istifadəyə verilib.
 
Açılışla əlaqədar olaraq həkimlər və orta tibbi personal üçün iki ayrı konfrans keçirilib.
 
Aztibb.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova, xəstəxananın həkimləri və tibbi personalının iştirak etdiyi konfransda TƏBİB-in “Laboratoriyaların standartlaşdırılması üzrə işçi qrupu”nun rəhbəri Taleh Əliyev və işçi qrupun üzvləri Yavər Hacısoy, Bayram Tağıyev və d. elmi-praktik məruzələrlə çıxış ediblər.
 
Konfransda görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyasının xidmət sahələri genişləndirilib, Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri təşkil olunub. Mərkəzi Laboratoriyanın fəaliyyətinin bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısaldılıb, bütün analizatorlar “E-Təbib” proqram təminatına, eləcə də kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.
 
Sonda Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova və Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova görülmüş işlərin rayonun səhiyyə həyatında xüsusi əhəmiyyətini qeyd edərək ölkə rəhbərliyinə və TƏBİB-ə təşəkkürlərini bildiriblər.
 
Qeyd edək ki, TƏBİB-in “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin (KLMİB) də dəstəyi ilə davamlı tibbi təhsil proqramı tətbiq edilir, laboratoriya həkimləri, laborantlar, qanalma tibb bacıları üçün müasir nəzəri və praktik təlimlər keçilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib