Azərbaycanlı alim kimyəvi tullantılar üzrə qlobal strategiya ilə bağlı tədbirdə iştirak edir
29.08.2022 16:40

Avqustun 26-dan Rumıniyanın paytaxtı Buxarest şəhərində Birləşmiş Millətlər Təşkilatının “Kimyəvi maddələr və tullantılar üzrə qlobal strategiyanın hazırlanması” üzrə dördüncü iclası keçirilir. BMT-nin "Kimyəvi maddələr beynəlxalq səviyyədə idarəetməyə strateji münasibəti" Təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən dəstəklənən bu qlobal görüşdə 160-dan çox ölkələrin hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Aztibb.az xəbər verir ki, həmin tədbirdə ölkəmizi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev təmsil edir.

 

Tədbirdə biokimyavi, kanserogen və zərərli kimyəvi maddələrin istehsalını və istifadəsini məhdudlaşmaşı, təhlükəli pestisidlərin əvəzlənməsi, toksik tullantıların aradan qaldırması, həssas qrupların zəhərli maddələr təsirindən qorunması və digər aktual mövzularda müzakirələr aparılır.

 

İclasda aparılan müzakirələrin nəticələri 2023-cü ildə Almaniyanın Bonn şəhərində keçiriləcək “Kimyəvi maddələrin idarəetməsi” üzrə BMT-nin 5-ci Beynəlxalq Konfransına təqdim olunacaq.

 

Sentyabrın 2-də iclasa yekin vurulacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub