Respublika Klinik Xəstəxanasında İLK DƏFƏ 10 yaşlı uşaq üzərində plevral punksiya icra olunub
28.08.2022 15:59

TƏBİB-in tabeliyində olan Respublika Klinik Xəstəxanasında ilk dəfə olaraq 10 yaşlı uşaq üzərində plevral punksiya icra olunub.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, Xəstəxananın Pediatrik Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsində 10 yaşlı uşağa həkim-torokal cərrah Nurlan Əlizadə tərəfindən plevral punksiya icra olunub. Xəstədən interkostal drenaj kateteriylə təqribən 500 ml maye drenaj edilib, alınan nümunələr biokimyəvi, mikrobioloji və sitoloji analiz üçün göndərilib.

 

Qeyd edək ki, plevral punksiya yerli keyitmə ilə şpris və ya xüsusi drenaj kateteri vasitəsilə diaqnostik və müalicəvi məqsədlə iltihabi plevral mayenin boşaldılmasıdır. Eksudativ plevrit adlandırılan bu vəziyyət pnevmoniya, sepsis, vərəm revmatolojik xəstəliklərdə və ürək xəstəliklərində daha çox görülür. Bu xəstələrdə ağciyər ətrafında toplanan iltihabi mayenin toplanması təngnəfəslik, sinə və kürək ağrısı, qızdırma, halsızlıq, iştahanın azalması, tərləmə kimi şikayətlərə səbəb olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub