Könüllü gömrükçülər üçün təşkil olunan təlimlər davam edir
27.08.2022 23:30
Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərən könüllü gömrükçülər Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi tərəfindən təşkil olunan növbəti təlimlərə cəlb olunublar.
 
Aztibb.az xəbər verir ki, karyera planlama, vaxtın idarə olunması, liderlik, komanda quruculuğu, ünsiyyət və natiqlik bacarıqları, səhiyyə sahəsində PR və ictimaiyyətlə əlaqələrin rolu, sosial şəbəkələrdən düzgün istifadə mövzularında təşkil olunan təlimlər Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və Mərkəzi Gömrük Hospitalının PR üzrə mütəxəssisi Dilarə Zamanova tərəfindən həyata keçirilib.
 
Qrup işləri, aktiv sual-cavab sessiyaları və qeyri-formal tədris metodları əsasında təşkil olunan təlimlər zamanı könüllü gömrükçülər müvafiq mövzulara dair yeni bilik və bacarıqlar əldə ediblər.
 
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi tərəfindən təşkil olunan təlimlər könüllü gömrükçülərin fəaliyyət müddətləri ərzində davam edəcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub