Genetik Ehtiyatlar İnstitutu Pakistanın Molekulyar Biologiya Mükəmməllik Mərkəzi ilə əməkdaşlıq edəcək
26.08.2022 14:07

Avqustun 26-da Genetik Ehtiyatlar İnstitutunun (GEİ) baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Pakistanın Punjab Universitetinin Molekulyar Biologiya Mükəmməllik Mərkəzinin direktoru professor Kausar Maliki elm, təhsil və texnologiya sahəsində əməkdaşlıq müqaviləsi imzalayıblar.

 

GEİ-dən Aztibb.az-a bildirilib ki, müqaviləyə əsasən, hər iki müəssisə tədqiqat və təhsil proqramlarının mübadiləsi, yeni təhsil proqramlarının hazırlanması, konfrans və seminarların keçirilməsi, yerli və beynəlxalq elmi tədqiqat layihələrinin işlənilməsi, magistrant, doktorant, eləcə də professor-müəllim heyətinin mübadiləsi, birgə magistrant və doktorant hazırlığı, yüksək texnologiyalardan istifadə etməklə birgə tədqiqatların aparılması, yeni bitki sortlarının yaradılması və beynəlxalq məqalələrin hazırlanması sahələrində əməkdaşlıq edəcək.

 

Zeynal Əkpərov qeyd edib ki, GEİ-nin Elm və Təhsil Nazirliyinin tərkibinə verilməsi nəticəsində dünyanın tanınmış universitetləri ilə elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması sahəsində ikili diplom proqramlarının yaradılması üzrə geniş imkanlar açılıb. Bu imkanlardan istifadə etməklə institutda təhsillə bağlı fəaliyyətlər daha da genişləndiriləcək, magistr və doktorant hazırlığı sahəsində dünyanın yüksək reytinqli universitetlərinin təcrübəsindən geniş istifadə ediləcək, beynəlxalq təhsil proqramlarına qoşulmaq üçün addımlar atılacaq, eləcə də Pakistanın Punjab Universiteti ilə biologiya elminin müasir istiqamətlərində ikili magistr və doktorluq proqramlarının hazırlanması həyata keçiriləcək.

 

Z.Əkpərov müqavilənin planlaşdırılan sahələrdə elmi əməkdaşlığın güclənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

 

Professor K.Maliki GEİ-də mövcud olan müasir elmi infrastrukturu, kadr potensialını, aparılan tədqiqatları, əldə edilən elmi nəticələri, eləcə də təhsil sahəsində institutun fəaliyyətini yüksək qiymətləndirib. Əlavə edib ki, hazırda İslam İnkişaf Bankının dəstəyi ilə Genetik Ehtiyatlar İnstitutu ilə birgə həyata keçiriləcək layihə çərçivəsində əməkdaşlıq əlaqələri daha da genişləndiriləcək. K.Maliki imzalanan əməkdaşlıq müqaviləsinin elm və təhsil sahəsində ciddi nailiyyətlərin əldə olunmasına şərait yaradacağına inamını ifadə edib. O, Molekulyar Biologiya Mükəmməllik Mərkəzinin professor-müəllim heyətinin elm və təhsil sahəsində GEİ ilə həvəslə əməkdaşlıq etmək niyyətində olduğunu diqqətə çatdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib