Minskdə MDB-nin iştirakçı dövlətlərinin vərəm üzrə İşçi qrupunun ilk iclası keçirilib
25.08.2022 12:24

Müstəqil Dövlətlər Birliyinin mənzil-qərargahında vərəm üzrə İşçi qrupunun birinci iclası keçirilib. Həmin qrup İqtisadi Şurasının qərarı ilə MDB-nin iştirakçı dövlətlərinin HİV/AİDS, vərəm və malyariya problemləri üzrə Əlaqələndirmə Şurası yanında yaradılıb. 

 

Aztibb.az xəbər verir ki, İşçi qrupu MDB-nin iştirakçı dövlətlərinin 2020–2024-cü illərdə vərəmin yayılmasının qarşısının alınması üzrə Birgə Fəaliyyət Planının icrası üzrə əsas koordinator olacaq.

 

Görüş iştirakçıları MDB dövlətlərində vərəm əleyhinə xidmətin təşkili ilə bağlı yanaşmaları müzakirə ediblər. Birlik ölkələrində vərəm əleyhinə xidmət sistemlərinin və qarşıya qoyulan vəzifələrin həllinin əsasən oxşar olduğu müəyyən edilib. Eyni zamanda, ekspertlərin fikrincə, daha ətraflı müzakirə və işlənmə tələb edən fərqlər var.

 

Bundan əlavə, ekspertlərə Birlik dövlətlərində 2020-ci il üzrə vərəm ilə bağlı statistik təhlil təqdim edilib. Sənəddə qeyd edilib ki, göstərilən dövr ərzində MDB ölkələrində 77 min nəfərdə vərəmə yoluxma halı qeydə alınıb. Bu rəqəm keçən il qeydə alınan rəqəmdən daha azdır. Müalicə olunan insanların da sayı azalıb, lakin bununla belə ölüm hallarının sayı artıb, bu da COVID-19 pandemiyası və onunla bağlı məhdudiyyətlərlə izah olunur – insanlar müayinə olunmaq və ya tibbi yardım almaq imkanına malik olmayıb. COVID-19 pandemiyası qlobal səviyyədə vərəmlə mübarizədə əldə edilən nəticələrə ciddi təsir edib: 10 ildən çox müddətdə ilk dəfə olaraq bu xəstəliklə bağlı ölüm hallarının göstəriciləri artıb.

 

İşçi qrupun üzvləri MDB-nin iştirakçı dövlətlərinin 2020-2024-cü illərdə vərəmin yayılmasının qarşısının alınması üzrə Birgə Fəaliyyət Planının icrası ilə bağlı məlumatlandırılıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib