2022-ci ilin yanvar-iyul ayları ərzində 38 min 900 şəxsə əlillik təyin edilib
25.08.2022 12:18

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar – iyul ayları ərzində 38 min 900 şəxsə əlillik təyin edilib. Onlardan 12 min 200-ü ilkin, 26 min 700 nəfəri isə təkrar əlillik təyinatı aparılanlardır. Həmçinin müvafiq dövr ərzində 23 min 900 şəxsə reabilitasiya xidməti göstərilib, 8 min 79 şəxsə 35 min 400 reabilitasiya vasitəsi verilib.

 

Aztibb.az xəbər verir ki, bu barədə sosial təminat sahəsində aparılan islahatlar və gələcək hədəflər, sosial ödənişlərin ciddi şəkildə artırılması üçün atılan addımlar barədə "Xalq" qəzetində dərc olunan məqalədə qeyd olunub. 

 

Onu da qeyd edək ki, bu ilin yan­var-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 346 minə yaxın elekt­ron arayış verilib. Son 4 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, rea­bilitasiya və s. sahələr üzrə elektron­laşma proqramı çərçivəsində 30-dək elektron arayış növü istifadəyə verilib. Nazirliyin e-xidmətləri vətəndaşların iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib