İTSDA vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərməyə davam edir
25.08.2022 12:08

2022-ci ilin yanvar-iyul ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən ölkədə fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərində 211 müharibə iştirakçısı və şəhid ailələri üzvlərinə xidmət göstərilib. Müraciətlərə uyğun olaraq vətəndaşlar ümumilikdə 238 xidmətdən yararlanıb. Bu xidmətlərin 216-sı səhiyyə xidmətləri, 18-i immunoprofilaktikaya dair məlumatlandırma, 4-ü isə tibbi arayışların elektron registrindən məlumatların verilməsi ilə bağlı olub.

 

Agentlikdən Aztibb.az-a daxil olan məlumata görə, hazırda vahid əlaqələndirmə mərkəzlərində cəmlənmiş 53 qurumdan biri olan Agentlik vətəndaşlara 3 istiqamət üzrə xidmət göstərir. Qeyd edək ki, bu istiqamətlər daxilində vətəndaşlar eyni zamanda icbari tibbi sığorta haqqında məlumatlandırılır, onlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən istifadə və əlillik statusunun əldə olunması ilə əlaqədar müvafiq yardım göstərilir.

 

Birinci istiqamət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu üzrədir. Vətəndaş müraciət etdiyi zaman ona gərəkli olan müvafiq tibb müəssisəsi ilə əlaqə saxlanılır, sorğusu lazımi həkimə ünvanlanır, çətinlik yaranarsa, məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülür və ya vətəndaş həmin tibb müəssisəsinə yönləndirilir. Eyni zamanda vətəndaşların Xidmətlər Zərfi ilə bağlı sualları ətraflı şəkildə cavablandırılır və icbari tibbi sığorta sistemindən istifadə qaydası izah edilir.

 

İkinci istiqamət COVID-19 infeksiyası və vaksinasiya ilə bağlı sualların cavablandırılması, həmçinin Milli peyvənd təqvimi haqqında məlumatın verilməsi ilə bağlıdır.

 

Sonuncu istiqamətə isə tibbi arayışların elektron registrindən məlumatların verilməsi aiddir. Belə ki, vətəndaş Nazirliyin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “Əlillik” altsisteminə daxil edilmiş müayinənin cavabı ilə qane olmadığı zaman (imtinanın səbəbi sənəd yetərsizliyi, müalicə yetərsizliyi və ümumən tibb müəssisəsi ilə bağlı olduğu hallarda) Agentliyin vahid əlaqələndirmə mərkəzlərindəki əməkdaşına müraciət edə bilər. Vətəndaşın sorğusu müvafiq olaraq Agentliyə, DOST Agentliyinə və ya müvafiq tibb müəssisəsinə yönləndirilir, yaranmış çətinliyin səbəbi araşdırılır və müvafiq tədbirlər görülür. Eyni zamanda Agentliyin mütəxəssisləri əlillik statusu ilə bağlı cavab gözləyən və ya statusu əldə etmək üçün müraciət edən şəxslərə də lazımi köməkliyi göstərirlər.

 

Qeyd edək ki, vahid əlaqələndirmə mərkəzləri ilk dəfə 2021-ci ilin 23 avqust tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) mərkəzlərində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasında məqsəd şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə vahid məkandan dövlət qurumlarının təxirəsalınmaz və operativ xidmət göstərməsini təmin etməkdir.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
Gülxətmi çayının faydaları və yan təsirləri açıqlanıb
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı