Aİ-ÜST layihəsi psixi sağlamlıq ehtiyaclarını qarşılamaq üçün potensialı artırmağa davam edir
24.08.2022 14:03

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsi çərçivəsində Psixososial Dəstək, Təlim və Tədqiqat Mərkəzi tərəfindən psixi sağlamlıq sahəsində çalışan sosial işçilər və psixoloqlar üçün “Təməl psixososial dəstək bacarıqları” mövzusunda 3 günlük düşərgə təşkil olunub. Düşərgədə müvafiq təlimçilər tərəfindən psixi sağlamlıq və sosial iş üzrə təlimlər keçirilib.

 

Aztibb.az xəbər verir ki, ÜST-nin Azərbaycan nümayəndəliyindən bildirilib ki, “Psixi sağlamlıq xidmətlərinin və klinik təcrübənin əsasları” mövzusunda keçirilən ilk təlim zamanı təlimçilər klinik psixoloqlar Günel Muradova və Nərmin Osmanlı tərəfindən iştirakçılara təməl psixi sağlamlıq və psixososial dəstək konsepsiyaları və təməl psixososial dəstək bacarıqları, özünəqayğı, effektiv kommunikasiya bacarıqlarından istifadə, psixi, nevroloji və maddə asılılığı pozuntularının qiymətləndirilməsinin aparılması, idarə edilməsi və izlənməsi, biopsixososial model haqqında geniş məlumat verilib.

 

Düşərgədə “Sosial işin əsasları və keyslərin idarəolunmasının əhəmiyyəti” mövzusunda keçirilən ikinci təlim zamanı təlimçi Sara Ağayeva tərəfindən iştirakçılara ilk olaraq sosial işin tarixi inkişafı, fəaliyyət sahələri, istiqamətləri, sosial iş təcrübəsində lazım olan bilik, bacarıq və iş etikası haqqında məlumat verilib. Təlimin ikinci hissəsində sosial xidmət üçün müraciət etmiş insanlara çoxçeşidli xidmətlər göstərilməsinə yönəlmiş bir-biri ilə bağlı ardıcıl tapşırıqlar silsiləsindən ibarət problemlərin sistematik həlli prosesi olan keyslərin idarəolunması mövzusu işlənib. Burada iştirakçılara planlaşdırma, keyslərin monitorinqi və onların idarəsində çoxprofilli komandanın rolu haqqında məlumat verilib.

 

Təlimlərin interaktivliyi üçün qrup işləri, rol oyunları, videonümayişlər və müzakirə sessiyaları keçirilib. Təlimin sonunda bütün iştirakçılar sertifikatla təltif olunub.

 

Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası layihəsi psixi sağlamlıq xidmətlərinin ilkin səhiyyə səviyyəsində təkmilləşdirilməsi məqsədilə ÜST-nin Azərbaycan ölkə ofisi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi psixi sağlamlıq və psixo-sosial dəstək üçün multidistiplinar koordinasiya mexanizminin yaradılmasına yardım etmək və ilkin səhiyyə xidməti müəssisələrində psixi sağlamlıq xidmətləri potensialını artırmaqdır. Sözügedən layihə Aİ və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib