Böyük Britaniya yenidən sərt karantin rejimi tətbiq edə bilər
21.09.2020 17:58

Böyük Britaniyada yenidən 2 həftəlik karantin rejimi tətbiq olunacaq.

 

Səhiyyə naziri Met Hankok son həftələrdə koronavirusa yoluxmada artımın baş verdiyini, bunun artıq ikinci dalğa olduğunu söyləyib. Nazir virusun yayılmasını dayandırmaq üçün hazırlanmış hökumət qaydalarına əməl olunmadığı təqdirdə, ikinci dəfə sərt karantin rejiminin tətbiq oluna biləcəyini açıqlayıb.

 

Ölkədə bölgələr üzrə lokal karantin qaydaları tətbiq olunsa da, virusa yoluxmada artım baş verərsə, daha sərt tədbirlər görülə bilər.

 

Növbəti həftələrdə London şəhərində yenidən karantin rejiminin tətbiq olunması üçün Səhiyyə naziri və şəhərin meri arasında görüşlər keçirilir.

 

Qeyd edək ki, ötən şənbə günü Böyük Britaniyada 4422 nəfər koronavirusa yoluxub, onlardan 27-si həyatını itirib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər