Mərkəzi Gömrük Hospitalının həkim-pediatrları Ege Universitetində təlim keçirlər
22.08.2022 14:18
Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Aygün Sadıxova və pediatr-neonatoloq Ülkər Məhərrəmova 1 iyul-1 sentyabr 2022-ci il tarixlərində Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetinin Reanimasiya və Pediatriya şöbəsində neonatologiya üzrə rotasiya kursinda iştirak edirlər.
 
Aztibb.az xəbər verir ki, təlimdə neonatologiya sahəsində nəzəri və praktiki biliklər mənimsənilir, o cümlədən, yenidoğulmuşların intensiv terapiyası, mamaçalıq, neonatal xidmət və ümumi pediatrik ambulatoriya, körpələrə təcili təxirəsalınmaz xidmət, həmçinin, tibbdə innovasiyaların tətbiqi öyrədilir.
 
Ege Universitetində təşkil edilən bu təlimin məqsədi – uşaq sağlamlığının qorunması istiqamətində pediatr, neonatoloq, uşaq nevroloqlarının, o cümlədən digər tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, tibb işçilərinin müasir yanaşma və təcrübə ilə tanış edilməsidir.
 
Hospitalın həkim-pediatrlarının 1 sentyabr 2022-ci il tarixinədək davam edəcək bu təlimdə iştirakı və mənimsədikləri akademik biliklər xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin artmasına zəmin yaradacaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib