“Laboratoriyaların tibbi tullantılarının idarə edilməsi” mövzusunda təlim kursları davam edir
20.08.2022 15:43

COVID-19 kontekstində laboratoriya şəbəkəsinin gücləndirilməsinə davamlı dəstək verilməsi məqsədilə Səhiyyədə Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzinin laboratoriya üzrə eksperti Dr. Radu Kojakaru və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisinin eksperti Dr. Cəvahir Süleymanova tərəfindən keçirilən “Laboratoriyaların tibbi tullantılarının idarə edilməsi” mövzusunda təlim kursları davam edir.

Aztibb.az xəbər verir ki, Bərdədə baş tutan təlimlərdə TƏBİB-in məsul əməkdaşı Ramin Burcəliyev, aidiyyəti qurumların təmsilçiləri, sözügedən rayon və yaxın bölgələrdən laboratoriya əməkdaşları və müxtəlif xəstəxanalardan tibb işçiləri iştirak edib.

Təlim zamanı laboratoriyada yaranan tullantıların müxtəlif kateqoriyaları, müvafiq risklər və tullantıların idarə edilməsi prosesi, o cümlədən seqreqasiya, müvəqqəti saxlama, daşınma, zərərsizləşdirmə və təkrar emalı barədə geniş məlumat verilib.

Məlumat üçün qeyd edək ki, layihə ÜST, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib