TƏBİB-in tabeliyində olan tibb müəssisələrində “Farmakonəzarətin əsasları” mövzusunda ilk görüş keçirilib
19.08.2022 17:05
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində farmakonəzarət sistemi, onun əhəmiyyəti, məqsədləri və müəssisələrdə bu sistemin qurulmasına dəstək göstərilməsi ilə əlaqədar “Farmakonəzarətin əsasları” mövzusunda ilk görüş keçirilib.
 
Aztibb.az xəbər verir ki, tədbirdə TƏBİB-in Dərman və tibb vasitələrinin planlaması şöbənin müdiri Elmin Quliyev, şöbənin koordinatoru Sevda İbrahimova, Bakı, Abşeron və Sumqayıtda fəaliyyət göstərən tabeli müəssisələrin farmakonəzarət üzrə məsul şəxsləri iştirak edib.
 
Görüş zamanı Dərman və tibb vasitələrinin planlaması şöbəsinin müdiri Elmin Quliyev tərəfindən iştirakçılara farmakonəzarətin əhəmiyyəti, əhatə dairəsi, onun həyata keçirilməsində farmakologiyanın rolu, müasir dövrdə dərman təhlükəsizliyi problemləri haqqında təlim keçirilib.
 
E.Quliyev dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər və digər arzuolunmaz nəticələr barədə məlumatların toplanması mexanizmini izah edib və bu sahədə mövcud problemləri vurğulayıb.
 
Daha sonra Sevda İbrahimova farmakonəzarətin məqsədləri, bu sahədə beynəlxalq, yerli qanunvericilik aktları haqqında məlumat vermiş və dərman vasitələrinin rasional istifadəsində farmakonəzarət üzrə məsul şəxslərin rolundan bəhs edib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib