Mərkəzi Gömrük Hospitalı ilə Birmingem Qadın və Uşaq Hospitalı arasında əməkdaşlığa dair görüş keçirilib
19.08.2022 10:03
Mərkəzi Gömrük Hospitalı ilə Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalı arasında qarşılıqlı əməkdaşlığa dair görüş keçirilib.
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, t.ü.f.d., Dr. Sədi Allahverdiyev təcrübə mübadiləsində iştirak etmək üçün Böyük Britaniyanın Birmingem Uşaq və Qadın Hospitalına ezam olunub. Ezam müddətində Dr.Sədi Allahverdiyev Böyük Britaniyanın Birmingem Uşaq və Qadın Hospitalının baş həkimi, xanım Fiona Reynolds ilə qarşılıqlı əməkdaşlığa dair görüşüb. Görüşdə Birmingem Uşaq və Qadın Hospitalının məsləhətçi mama-ginekoloqu, t.ü.f.d., Dr.Fidan İsrafil-Bəyli də iştirak edib.
İlk öncə Baş həkim Fiona Reynolds gələn qonağı salamlamış və ona Hospitalda qonaq olduğu müddətdə məhsuldar iş təcrübəsi keçməsini arzu etmiş və burada müşahidə etdiyi Böyük Britaniya mütəxəssislərinin təcrübəsini Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqları və neonatoloqları ilə bölüşəcəyindən ümidvar olduğunu bildirib.
Daha sonra görüşdə hər iki tibb müəssisəsinin yükksəkixtisaslı mütəxəssisləri arasında təcrübə mübadiləsinin, birgə elmi konfransların, simpoziumların təşkili və digər tədbirlərin hazırlanması barədə məsələlər nəzərdən keçirilib. Həmçinin, Baş həkim Fiona Reynalds Mərkəsi Gömrük Hospitalının gənc kadrlarının Birmingem Qadın və Uşaq Hospitalında rezidentura təhsili proqramında iştirak etmələrinə yardımçı ola biləcəyini söyləmişdir.
Dr.Sədi Allahverdiyev, öz növbəsində xəstəxana rəhbərliyinə dəvətə və göstərilən qayğıya görə dərin minnətdarlığını bildirmiş, Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədovun və Mərkəsi Gömrük Hospitalının baş həkimi Elman Məmmədovun salamlarını çatdırıb. Görüşün sonunda tərəflər yaxın zamanda əməkdaşlıq memorandumunun hazırlanıb imzalanması barədə razılığa gəliblər.
Qeyd edək ki, sözügedən Birmingem Uşaq və Qadın Hospitalı beynəlxalq standartların tələblərinə cavab verən, ən yeni tibbi avadanlıqlarla təchiz edilmiş müasir tibb müəssisəsidir.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

