Ağdamda "İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib
19.08.2022 08:12

Ağdam rayon Heydər Əliyev Mərkəzində Ağdam Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının birgə təşkilatçılığı ilə “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının rəhbəri Pərviz Əliyev, Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Rövşən Əhmədov, idarə, müəssisə, təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Konfransda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Xəqani Nəzərov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri diqqət və qayğıdan, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan, icbari tibbi sığortanın əhəmiyyətindən danışıb.


Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının rəhbəri Pərviz Əliyev təqdimatla çıxış edərək, “İcbari tibbi sığorta haqları”, “Xidmətlər zərfində təminat verilən tibbi xidmətlər”, “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri”, “Tibbi xidmətlərdən istifadə qaydası”, “Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri” və “Özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası”na dair geniş açıqlamalar verib.

 

Daha sonra rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Rövşən Əhmədov icbari tibbi sığortanın üstünlüklərindən danışıb. Bildirib ki, indiyədək tibbi sığorta üçün müraciət edən xeyli vətəndaş aidiyyəti üzrə xəstəxanalara yönləndirilərək tibbi sığorta xidmətindən yararlanıb.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib