“Laboratoriyaların tibbi tullantılarının idarə edilməsi” mövzusunda təlim kursları davam edir
18.08.2022 17:06
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyədə Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzinin laboratoriya üzrə eksperti Dr Radu Kojakaru və ÜST -nin Ölkə Ofisinin eksperti Dr Cəvahir Süleymanova “Laboratoriyaların tibbi tullantılarının idarə edilməsi” mövzusunda təlim kurslarını davam etdirir.
 
Aztibb.az-ın xəbərinə görə, COVID-19 kontekstində laboratoriya şəbəkəsinin gücləndirilməsinə davamlı dəstək çərçivəsində keçirilən təlimlər Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Bərdədə həyata keçirilən təlimlərdə sözügedən rayon və yaxın bölgələrdən laboratoriya əməkdaşları və müxtəlif xəstəxanalardan tibb işçiləri iştirak ediblər.
 
Təlim kurslarına laboratoriyada yaranan tullantıların müxtəlif kateqoriyaları, müvafiq risklər və tullantıların idarə edilməsi prosesi, o cümlədən seqreqasiya, müvəqqəti saxlama, daşınma, zərərsizləşdirmə və təkrar emalı haqqında məlumatlar daxil edilib. Tullantıların idarə olunması üzrə təlimlər tibb işçilərinə səhiyyə müəssisəsində tullantıların kateqoriyalarının müəyyən edilməsində biliklərini təkmilləşdirməyə, ictimai səhiyyə və ətraf mühitə mənfi təsirləri minimuma endirmək üçün ən yaxşı təcrübə və strategiyanı təkmilləşdirməyə kömək edir.
 
Güclü laboratoriya şəbəkəsi qlobal sağlamlıq təhdidlərini aşkar etmək və onlara cavab vermək üçün zəruridir. Bundan sonra da ÜST Azərbaycanda tibbi xidmətlər üçün keyfiyyətin idarə edilməsi və biotəhlükəsizliyin gücləndirilməsinə dəstəyini davam etdirəcək.
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib