Boyalarda olan qurğuşunun insan sağlamlığına mənfi təsirləri araşdırılıb - LAYİHƏ
17.08.2022 11:02
Ümumdünya Səhiyyə Təşkilatının texniki dəstəyi ilə Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin (DGK TXİ) və Azərbaycan Toksikoloqlar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilmiş “Boyalarda qurğuşunun miqdarının tənzimlənməsi haqqında normativ sənədlərin hazırlanması və tətbiqi” layihəsi yekunlaşıb.
Aztibb.az xəbər verir ki, 3 ay müddətində davam edən layihə çərçivəsində yaradılmış birgə işçi qrup tərəfindən boyalarda qurğuşunun tərkibini tənzimləyən beynəlxalq nümunəvi qanun və təlimatlar Azərbaycan dilinə tərcümə edilib, həmçinin bu məsələ ilə bağlı məlumat materialları və təqdimatlar hazırlanıb. Hazırlanmış ilkin sənədlər hüquqşünaslar, ictimai səhiyyə mütəxəssisləri, sanitar-karantin xidmətinin nümayəndəsi və toksikoloqların peşəkar cəmiyyətinin nümayəndəsinin daxil olduğu ekspert qrupu tərəfindən müzakirə edilib.
Müzakirələrə əsasən hazırlanmış sənəd layihəsi Azərbaycanın aparıcı boya istehsalı şirkətlərinin (Mətanət-A, SAF-boya, Panda-boya, Corella-boya, Best-boya və s.) rəhbərlərinin, baş texnoloqlarının və digər nümayəndələrinin müzakirəsinə çıxarılıb. Müzakirələr nəticəsində hazırlanmış sənəd müvafiq dövlət qurumlarının - Səhiyyə Nazirliyi, Ekologiya Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Tibb Universiteti və s. nümayəndələrinin daxil olduğu işçi qrupuna əlavə baxılması və rəy alınması üçün təqdim edilib.
Müvafiq olaraq dövlət qurumları tərəfindən verilmiş rəylər və təkliflərin daxil olunduğu sənəd Qurğuşun Boyanın aradan qaldırılması üzrə Qlobal Alyansa beynəlxalq ekspert rəyi üçün təqdim edilib və sənədin yenilənmiş variantında Alyansın verdiyi təkliflər nəzərə alınıb. Bu beynəlxalq Alyansa BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi, Amerika Vəkillər Kollegiyası və s. qurumlar daxildir.
Hazırlanmış təkmil sənəd layihəsi 16 iyun 2022-ci il tarixində ekspert qrupu və aidyyatı dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi geniş tədbirdə təqdim olunub. Tədbirdə iştirak edən DGK TXİ Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru, əməkdar həkim Rəşad Mahmudov ekspert qrupunun gördüyü işləri və hazırlanmış normativ sənədi müsbət qiymətləndirib və bu sənədin tez bir zamanda qəbul olunacağına əminliyini ifadə edib.
Hazırlanmış sənəd layihəsi, həmçinin 27-28 iyun 2022-ci il tarixlərində Tbilisidə keçirilmiş “Mərkəzi və Şərqi Avropa regionunda qurğuşun boyaları haqqında tənzimləyici sənədlərin hazırlanması və tətbiqi” mövzusunda keçirilən beynəlxalq seminarın iştirakçılarına DGK TXİ rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tərəfindən təqdim edilib və ÜST və BMT-nin Ətraf Mühit Proqramının ekspertləri tərəfindən yüksək qiymətləndirilib.
Layihə çərçivəsində boyalarda olan qurğuşunun insan sağlamlığına mənfi təsirləri haqqında məlumat materialı, bu sahədə dünya qanunvericiliyinin xülasəsi, eləcə də boya istehsalçıları və idxalçıları üçün uyğunluq bəyannaməsinin nümunəsi işlənib hazırlanaraq aidiyyatı dövlət qurumlarına təqdim edilib.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

