Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti azərbaycanlı həkim-rezidentlər üçün master-klass keçib
17.08.2022 10:03

Səhiyyə Nazirliyinin təşkilatı dəstəyi ilə Kopenhagen Universitetinin (Danimarka) nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti Məsud Aşina Bakı Sağlamlıq Mərkəzində azərbaycanlı həkim-rezidentlər və mütəxəssislər üçün master-klass keçib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.


“Birincili baş ağrılarının differensial diaqnostikası və menecmenti” mövzüsunda çıxış edən professor Məsud Aşina bu sahəyə dair əldə olunmuş beynəlxalq təcrübələrini təlim iştirakçıları ilə bölüşüb. Bildirib ki, baş ağrıları (sefalgiya) cəmiyyətə əhəmiyyətli dərəcədə sosial-iqtisadi ziyan vuran və dünyada əlilliyə ən çox gətirən on səbəb sırasındadır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində baş ağrısı tibb ictimaiyyətinin diqqətini çəkən ciddi problem kimi qəbul edilir.


Professor vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, sefalgiyanı 4 növə ayırmaq olar: miqren; gərginlik tipli baş ağrısı; klaster baş ağrısı və dərmanların həddindən artıq istifadəsi nəticəsində əmələ gələn baş ağrısı. Qeyd olunub ki, miqren dünyada ən çox yayılmış və sosial əhəmiyyətli xəstəliklərdən biridir. Belə ki, dünyada qadınların təxminən 22 faizi, kişilərin isə 10 faizi bu xəstəlikdən əziyyət çəkir.

 

Çıxışının sonunda professor Məsud Aşina baş ağrılarının düzgün müalicəsini təmin etmək üçün səhiyyə işçilərinin peşəkar hazırlığı, dəqiq diaqnoz, eləcə də sadə həyat tərzinin dəyişdirilməsinin zəruriliyini bildirib.


Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Məsud Aşina "YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü seçilib. O, ötən ilin avqust ayında Harvard Universiteti Tibb Məktəbinin (ABŞ) dosenti, Boston şəhərində yerləşən Başağrısı Mərkəzinin direktoru Səid Aşina və Kopenhagen Universitetinin Başağrısı və Nevrologiya Mərkəzinin elmi işçisi Xəqan Aşina ilə birlikdə Bakı Sağlamlıq Mərkəzində üç gün şikayəti olan Vətən müharibəsi iştirakçılarının tibbi müayinə və müalicələrini aparıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib