TƏBİB-in tabeliyində fəaliyyət göstərən NƏRİMANOV TİBB MƏRKƏZİ
17.08.2022 09:50
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Nərimanov Tibb Mərkəzi barədə məlumatları təqdim edirik.
 
Nərimanov Tibb Mərkəzi Bakı şəhəri, Nərimanov rayonu Fətəli Xan Xoyski 85 küçəsi ünvanında yerləşir.
 
Mərkəzdə Poliklinika, Terapiya, Fizioterapiya, Nevrologiya, Allerqologiya, Radiologiya, Laboratoriya, Qastroenterologiya, Endokrinologiya, Cərrahiyyə, Reanimasiya, Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbələri və Yanıq Mərkəzi də fəaliyyət göstərir.
 
Eyni zamanda, 1 nömrəli Şəhər Poliklinikası, 2 nömrəli Şəhər Poliklinikası, 3 nömrəli Uşaq Poliklinikası, Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası da Nərimanov Tibb Mərkəzinin tabeliyindədir.
 
Mərkəzdə 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən burada ödənişsiz istifadə edə bilər. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi yetərlidir.
 
Qeyd edək ki, gün ərzində Nərimanov Tibb Mərkəzinə müraciət edən pasientlərin sayı 1100-1500, özəl tibb müəssisələrinə göndərilən göndərişlərin sayı isə 60-100 arası dəyişir.
 
Nərimanov Tibb Mərkəzi sosial şəbəkələrdə:
• Feysbuk – https://bit.ly/3JYKRdR
• İnstaqram - https://bit.ly/3bYRNLp
 
Əlaqə:
• E-poçt: nartm@tabib.gov.az
• Əlaqə nömrəsi: (+994 12) 564-43-46
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib