Zəngilanda səyyar laboratoriya fəaliyyətə başlayıb
16.08.2022 11:13

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində istehlakçıların sağlamlığının qorunması, təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Belə ki, paytaxt və respublikanın müxtəlif regionlarında müasir, standartlara cavab verən stasionar kəsim məntəqələrinin yaradılması təşviq edilir, eləcə də stasionar məntəqələr olmayan ərazilərdə çadır tipli kəsim məntəqələri qurulur.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu məqsədlə Zəngilan rayonunun Ağalı kəndində çadır tipli heyvan kəsimi məntəqəsi və baytarlıq-sanitariya ekspertizasının aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyətə başlayıb.

 

Həmçinin agentlik əməkdaşları tərəfindən Ağalı kəndində iri və xırdabuynuzlu heyvanlara baytar nəzarəti həyata keçirilib və heyvanlardan nümunələr götürülərək laborator müayinələr aparılıb.

 

Qeyd edək ki, çadır tipli kəsim məntəqəsində heyvanlar baytarlıq nəzarətindən keçməklə və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilərək vətəndaşlara təqdim ediləcək. Bununla yanaşı, məntəqəyə kəsimə gətirilən iri və xırdabuynuzlu heyvanların müayinəsi zamanı xəstəliyə şübhə olarsa, nümunələr biotəhlükəsizlik səviyyəli səyyar laboratoriyada analizlərə cəlb olunacaq.

 

Çadır tipli kəsim məntəqəsi heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün gigiyenik tələblərə uyğun lazımi avadanlıqlarla təchiz edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib