Mərkəzi Gömrük Hospitalı Tibbi laboratoriyasının üçüncü dəfə ISO 15189:2012 standartı üzrə auditi keçirilib
16.08.2022 10:50
15 avqust 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalı Tibbi laboratoriyasının ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət standartına uyğun olması üzrə audit üçüncü dəfə keçirilib.
 
Tibbi laboratoriyasının ISO 15189:2012 standartı üzrə auditi İngiltərənin “Sublime Managment Services” şirkəti tərəfindən aparılıb. Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriya şöbəsinin rəisi Sevinc Gülmalıyeva və laboratoriyanın personalı İngiltərənin “Sublime Managment Services” şirkəti direktoru Mahid Tanveerin audit prosesində suallarını cavablandırıblar.
 
Direktor Mahid Tanveer İSO standartları üzrə laboratoriyanın operativ və keyfiyyətli xidmət göstərməsi üçün tələb olunan şəraitin ISO 15189:2012 standartına uyğun olması, səhiyyə normativlərinin yerinə yetirilməsi, müayinə nəticələrinin düzgünlüyü, laboratoriya avadanlıqlarının və analiz üsullarının yüksək tələblərə uyğun olaraq təşkil edilməsini audit edib.
 
Qeyd edək ki, auditin nəticələri bir-neçə gün ərzində “Sublime Managment Services” şirkəti tərəfindən veriləcək.
 
Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl klinik-diaqnostik laboratoriyalardan biridir. Laboratoriya müasir, tam avtomatlaşdırılmış analizatorlarda 24 saat rejimində klinik, biokimyəvi, immunoferment və bakterioloji tədqiqatların aparılması üçün bütün zəruri resurslara malikdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib