Hemofiliya məktəbinin növbəti təlimi keçirilib
16.08.2022 08:33

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə "Müalicənin əlçatanlığının hamı üçün olmasına doğru" adlı hemofiliya məktəbinin növbəti təlimi keçirilib.

 

Aztibb.az xəbər verir ki, təlim "Laxtalanma pozğunluğundan əziyyət çəkən insanların sosial müdafiəsi və əlillik sahəsində yeni meyarların tətbiqi" mövzusuna həsr olunub.

 

Təlimlərdə məruzəçi Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sosial məsələlər üzrə koordinatoru Nurəddin Abdullayev yeni meyarlarla əlilliyin təyin olunması haqda danışıb. Bundan başqa, ortopediya, reabilitasiya, sanator kurort, istirahət və özünə məşğulluq sahələrinə dövlət tərəfindən göstərilən qayğı barədə pasiyentlərə və kiçik yaşlı uşaqların valideynlərinə məlumat verilib.

 

Qeyd edək ki, təlimlərə laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlardan başqa, Kistik Fibroz Xəstəliyinə Yardım İctimai Birliyinin sədri Səadət Bayramova və SMA xəsteliyindən əziyyət çəkən uşaqların valideynləri də qatılıblar.

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib