Yaxşı gecə yuxusu üçün axşam yeməyində qəbul edilə biləcək beş qida məhsulu
13.08.2022 08:58

Əgər yatmazdan əvvəl qəflətən aclıq hissi "oyanırsa", onu qan şəkərinin səviyyəsini tarazlaşdıran az miqdarda qidalarla təmin etmək lazımdır. Bunlara faydalı yağlar, orta səviyyəli zülallar və nişastalı olmayan kompleks karbohidratlar daxildir.

 

Aztibb.az MedikForum-a istinadla xəbər verir ki, diyetoloq Vasilisa Ponomaryova axşam saatlarında qəbul edilə biləcək qidalar barədə danışıb.

 

Badam. Triptofan və B6 vitamini ilə zəngin olduğu üçün yaxşı yuxu üçün “ideal qida” hesab olunur. Bu qida maddələri beynin neyrotransmitter serotonin, istirahət etməyə və tez yuxuya getməyə kömək edən "sevinc hormonu"nu istehsal etməyə kömək edir.

 

Qızıl süd. Sarıkök ilə süddən hazırlanan içki də yatmazdan əvvəl bədənin rahatlamasına kömək edə bilər. 1 porsiya üçün inqrediyentlər: 1 stəkan süd, 1/4 stəkan su, 1-2 çay qaşığı kərə və ya kokos yağı, 1 çay qaşığı bal, 1/4 çay qaşığı sarıkök tozu, dadına görə hil və ya darçın.

 

Albalı, albalı şirəsi. Təzə albalı sağlam yuxu - oyanma dövrləri üçün vacib olan melatoninlə zəngindir. Tez yuxuya getmək və yaxşı yuxu onlara birbaşa bağlıdır.

 

Yulaf yarması. Yulaf orqanizmə yuxu hormonu melatonin istehsal etməyə kömək edir.

 

Qoz. Yuxunu yaxşılaşdıran amin turşusu olan triptofanla zəngindir. Triptofan beyin tərəfindən serotonin istehsal etmək üçün istifadə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib