“Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” mövzusunda Forum keçirilib
13.08.2022 08:39

Avqustun 12-də "Beynəlxalq Gənclər Günü” münasibətilə “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” mövzusunda Forum keçirilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Aztibb.az-a bildirilib ki, tədbir DGK-nın təşəbbüsü, Komitənin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə baş tutub.

 

Forumda DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov, DGK Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, “Könüllü gömrükçü” dəstəsinin rəhbəri Vüqar Əliyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorun müavini Qədir Xəlilov, müxtəlif dövlət qurumlarının və təşkilatların könüllüləri iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən bəhs edərək qeyd ediblər ki, həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsi olaraq gənclər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Eyni zamanda, gənc nəslin sağlamlığı, təhsil, təlim-tərbiyə işlərinin müasir standartlara uyğun şəkildə qurulması, vətənpərvər, dövlətinə və xalqına bağlı nəsillərin yetişdirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb.

 

Daha sonra Forumda “Yeni sintetik narkotiklər və psixoaktiv maddələrin təhlükəsi”, “Tütünçəkmə və sağlamlıq”, “Fiziki aktiv həyat tərzinin əhəmiyyəti”, “Sağlam qidalanma necə olmalıdır?”, “Sağlam həyat tərzinin təbliğində könüllülüyün və ictimai fəaliyyətin rolu” mövzusunda təqdimatlar nümayiş etdirilib.

 

DGK Tibbi Xidmət İdarəsinin mütəxəssisləri, Mərkəzi Gömrük Hospitalının həkimləri zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzinin təbliği, o cümlədən gənclər üçün zəruri hesab olunan digər mövzularda iştirakçıları məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib